AZ

UKRAYNADA MÜDAFİƏ NAZİRİNİN 4 MÜAVİNİ İŞDƏN ÇIXARILDI

Ukraynanın müdafiə naziri Rüstəm Umerov dörd müavininin işdən azad edilməsi üçün ərizə verib.

Tezadlar.az "Ukrainskaya pravda"ya istinadla bildirir ki, bu barədə nazir teleqram kanalında məlumat verib. Sitat: "Mən müdafiə nazirinin müavinləri - Stanislav Hayderin (nazirin Ofis rəhbəri vəzifəsinə keçir), Aleksandr Sergeyevin, Yuri Ciqirin, Lyudmila Daraqanın (dövlət katibi) işdən azad edilməsi barədə Nazirlər Kabinetinə təqdimat imzaladım".

Lakin nazirlik 4 müavinin işdən çıxarılma səbəbinə aydınlıq gətirməyib. Ehtimal ki, bunlar müharibədəki vəziyyətlə bağlıdır.

A.Məmmədli

Seçilən
6
14
tezadlar.az

10Mənbələr