AZ

Rəcəb Tayyib Ərdoğan Nazirlər Kabinetinin iclasından sonra əhəmiyyətli bəyanatlar verdi

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Nazirlər Kabinetinin iclasından sonra əhəmiyyətli bəyanatlar verdi.

Rəcəb Tayyib Ərdoğan İsrailin Livana qarşı hücumlarını intensivləşdirdiyini, son 2 həftədə əksəriyyəti uşaq olmaqla 1000-dən çox livanlının İsrailin hücumları nəticəsində həyatını itirdiyini bildirib.

Ərdoğan qeyd edib ki, bu gün İsrailin hücumlarına məruz qalan Fələstin və Livanı qorumaq insanlığı, sülhü və müxtəlif inancların birgə yaşama mədəniyyətini qorumaq deməkdir.

"Qəzzə, İordan çayının qərb sahili və Livandakı zülmə ən böyük cavabı İslam ölkələri verməlidir. Müsəlmanlar olaraq zülmün qarşısının alınmasında dünyaya rəhbərlik etməliyik",-deyə Türkiyə Prezidenti vurğulayıb.

İslam dünyasının İsrailin hücumları ilə bağlı nümayiş etdirdiyi mövqeyə diqqət çəkən Rəcəb Tayyib Ərdoğan deyib: ''Gözünü kin və qan bürümüş bir ovuc radikal sionist bölgəmizdə və bütün dünyada gərginlik yaradır. Biz bu qəddarlığa, bu barbarlığa heç vaxt razı olmayacağıq. Beynəlxalq ictimaiyyət İsrailin hücumlarına artıq səssiz qala bilməz. Beynəlxalq ictimaiyyəti, İslam dünyasını, yəhudiləri və xristianlari da sülh üçün hərəkətə keçməyə çağırırıq”. 

R.T.Ərdoğan İsrail hökumətini ''Həmas''ın qəbul etdiyi atəşkəsə məcbur etmək üçün iqtisadi, ticari və diplomatik addımların atılmadığını bildirib.



Seçilən
15
1
trt.net.tr

2Mənbələr