AZ

Ermənistanın ədliyyə naziri istefa verdi


Ermənistanın ədliyyə naziri Qriqor Minasyan vəzifəsindən istefa verib
Yeniavaz.com
xəbər verir ki, o, öz “Facebook” səhifəsində məlumat yayıb.
Bundan əvvəl iyirmiyə yaxın hökumətyönlü deputat Minasyanın tutduğu vəzifədən uzaqlaşdırılması üçün hökumət başçısına müraciət etmək üçün imza toplayıb.
Ona görə də, Minasyan bildirib ki, o, imza toplanmasına “qoşulmaq” və istefa ərizəsini təqdim etmək qərarına gəlib.
O qeyd edib ki, parlament idarəetmə sistemində bir deputatla belə problem olduqda, nazir postunu tutmaq çətindir.
Minasan özünə daha yaxın bir mühitə özəl sektora qayıtmağa qərar verib. Məlum olduğu kimi, məmur bundan əvvəl hüquq firmalarından birinə rəhbərlik edib.
Qeyd edək ki, Minasyana qarşı imza toplanmasına ötən həftə başlanıb.
Media qeyd edib ki, hakim fraksiya Minasyanın Ermənistanın üçüncü prezidenti Serj Sarkisyanın kürəkəni, Vatikandakı keçmiş səfiri Mikael Minasyanın qardaşı olduğunu nəzərə alaraq, onun təyinatının əleyhinə olub. Və bu yaxınlarda Ermənistanın ikinci prezidenti Robert Köçəryanın qızının sinif yoldaşı olan Sirvard Qevorkyanın nazir müavini təyin olunması atəşə yağ tökdü. Yeri gəlmişkən, Gevorkyan da imza toplanması fonunda vəzifəsini tərk edib.
Seçilən
19
yeniavaz.com

1Mənbələr