AZ

Çin səfiri ABŞ-a xəbərdar edib: Bu, heç kimin marağına xidmət etmir...

ABŞ Çinlə münasibətlərində strateji səhv hesablamalardan qaçmalıdır...

Poliqon Çinin South China Morning Post qəzetinə istinadən xəbər verir ki, bunu Çinin ABŞ-dakı səfiri Si Fen deyib.

"Güclü bir ölkənin mütləq hegemonluğa can atdığı fərziyyəsi strateji səhv hesablamadır" deyən diplomat bildirib ki, ticarət və iqtisadi müharibə həm Çinə, həm də ABŞ-ın özünə mənfi təsir göstərə bilər.

Se Fenin fikrincə, Vaşinqton öz xarici siyasətinin prinsiplərini Çinə ötürməməlidir. Diplomat xatırladıb ki, Tayvan məsələsi ABŞ və Çin arasında münasibətlərdə əsas "qırmızı xətt"dir:

"Çin xalqı inkişaf etmək, iqtisadiyyatı inkişaf etdirmək və daha yaxşı həyat sürmək hüquqlarından məhrum edilməməlidir. Ticarət müharibəsi və ya texnologiya müharibəsi iki tərəfli qılınc olacaq. Kiçik həyət, hündür hasar yalnız öz sahəsini məhdudlaşdırar və heç kimin marağına xidmət etmir".

Bundan əvvəl Çinin xarici işlər naziri Vanq I bəyan etmişdi ki, Çin hakimiyyəti Asiyada münaqişələri qızışdırmağa çalışan və regionda parçalanmanın əleyhinə olan ölkələrə qarşıdır. O qeyd edib ki, Asiya dövlətləri münaqişələrdən qaçaraq bütün fikir ayrılıqlarını dialoq yolu ilə həll etmək istəyi və imkanlarına malikdir.

Poliqon.info

Seçilən
10
poliqon.info

1Mənbələr