AZ

"O hakimi Həvəskarlar Liqasında da işləməyə qoymaram" - VİDEO

Super Liqa təmsilçilərindən "Kayserispor"un prezidenti Ali Çamlı "Beşiktaş" matçından sonra açıqlama verib. 

Apasport.az xəbər verir ki, türkiyəli funksioner açıqlamasında matçın baş hakimi Atilla Karaoğlanı sərt tənqid edib.

"Beşiktaş"a 3:0 hesabı ilə uduzan "Kayserispor"un prezidenti Ali Çamlı matçı idarə edən Atilla Karaoğlanın növbəti matça buraxılmamasını istəyib: 

"Hakimi də təbrik edirəm. İşini yaxşı yerinə yetirdi. Onu həqiqətən təbrik edirəm. Buradan Federasiyaya (red. Türkiyə Futbol Federasiyası) və MHK-ya (Hakimlər Komitəsi) müraciət etmək istərdim. Əgər bu hakimi matçlarımıza təyin etsələr, o zaman fərqli danışacam.

Xahiş edirəm, bu hakimi bizim oyunlara verməsinlər. Ötən il 2 "Qalatasaray"lı toqquşub hakim faul verir. "Sivas" matçında VAR hakimi qolu ofsayd deyə ləğv edir. Təbrik edirəm hakimi. Mən o hakimi Həvəskarlar Liqasında da işləməyə qoymaram. Təbii ki, "Qalatasaray" xal itirdi, "Fənərbaxça" qazandı, "Beşiktaş"a da 3 xal lazım idi. "Beşiktaş"ı təbrik edirəm".

“Barselona”da yeni müqavilə

Türkiyə millisinin futbolçusuna hücumda şübhəli bilinən 5 nəfər həbs edilib - YENİLƏNİB

Kurtua zədələnib

"Real"ın sabiq kapitanı Misir klubuna keçə bilər

Qrizmandan sürpriz qərar: Millidən ayrıldı

Seçilən
7
49
apasport.az

10Mənbələr