AZ

İranın birinci vitse-prezidenti İrəvana getdi

İranın birinci vitse-prezidenti Məhəmməd Rza Aref Avrasiya İqtisadi İttifaqının (Aİİ) iclasında iştirak etmək üçün Ermənistana gedib.

"Cebheinfo.az" xəbər verir ki, Məhəmməd Rza Aref Ermənistanın baş nazirinin dəvəti ilə Avrasiya İqtisadi İttifaqına üzv ölkələrin dövlət başçılarının görüşündə iştirak edəcək.

İran KİV-nin məlumatına görə, M.Aref Avrasiya İqtisadi İttifaqının toplantısında çıxış etməklə yanaşı, iclasda iştirak edən ölkələrin bəzi baş nazirləri ilə də görüşəcək.

Yola düşməzdən əvvəl Aref jurnalistlərə açıqlamasında vurğulayıb ki, İranın 14-cü hökumətinin əsas xarici siyasət strategiyası qonşu ölkələr və regionla əməkdaşlığı genişləndirməkdir.

Aref həmçinin deyib ki, İrəvan sammitində İranın Avrasiya İqtisadi İttifaqına üzv olmasını təklif edəcəklər. 

Sammitdə Rusiya, Ermənistan, Qazaxıstan, Qırğızıstan, Özbəkistan və Belarusun da daxil olduğu bu birliyə İranın üzvlük prosesi də gündəmdə olacaq.

"Cebheinfo.az"

Seçilən
1
2
cebheinfo.az

3Mənbələr