AZ

Muxtar Babayev: "Azərbaycanda yağıntıların azalması məhsul yığımına təsir göstərib"

1 iyul 2024-cü ildən etibarən Oxu.az mobil tətbiqinin köhnə versiyasına dəstək dayandırılacaq - yenilənmiş versiyanı endirmək üçün Google Play və ya AppStore-a keçməyiniz xahiş olunur.



"Azərbaycanda son illərdə yağıntıların azalması məhsuldarlığa və məhsul yığımına təsir göstərib".
"Report" xəbər verir ki, bunu ekologiya və təbii sərvətlər naziri, COP29-un müəyyən olunmuş prezidenti Muxtar Babayev "Bakı İqlim Fəaliyyəti Həftəsi"ndə bildirib.
Onun sözlərinə görə, kənd təsərrüfatı Azərbaycan iqtisadiyyatının mühüm hissəsidir və ölkənin işçi qüvvəsinin üçdəbirindən çoxu bu sahədə çalışır:
"Amma Azərbaycanda son illərdə yağıntılar orta hesabla demək olar ki, 10% azalıb. Bu, məhsuldarlığa və məhsul yığımına təsir göstərib. Bunda başqa, unikal ekosistemi olan Xəzər dənizi quruyur. Xəzərdə su səviyyəsinin azalması dəniz və sahil ekosistemlərinə, həmçinin biomüxtəlifliyə və sahil infrastrukturuna ciddi təsir göstərib".
O əlavə edib ki, bu istiqamətdə tədbirlər görülməsə, bu dağıdıcı nəticələr bütün dünyada normaya çevriləcək:
"İqlim dəyişikliyi nəticəsində genişmiqyaslı quraqlıqların 100 dəfə daha tez-tez baş verməsinə səbəb olacağı təxmin edilir. Qlobal temperaturun 2 dərəcə yüksəlməsinin daha 200 milyon insanın aclığına səbəb olacağı proqnozlaşdırılır. Bununla bütün ölkələrdə su və kənd təsərrüfatı sistemlərinə təzyiq artacaq".
Seçilən
8
4
oxu.az

7Mənbələr