AZ

“Bəzi prokurorlar ailələri ilə ölkəmizə gəlib”

“Beynəlxalq Prokurorlar Assosasiyasının 29-cu illik Konfransının Bakıda keçirilməsi ölkəmiz üçün əlamətdar hadisədir”.

"Cebheinfo.az" xəbər verir ki, bu sözləri baş prokuror Kamran Əliyev jurnalistlərə açıqlamasında deyib.

Respublika prokurorunun sözlərinə görə, bu konfransın gələcəkdə böyük əhəmiyyəti olacaq və hüquq elminə ciddi təkan verəcək:

“Biz üç il idi bu tədbirə hazırlaşırdıq. Təbii ki, Prezidentin ciddi siyasi dəstəyi ilə belə bir tədbirin keçirilməsi real oldu. Bu, ölkəmizin prokurorluq işçiləri, hakimləri, vəkilləri və ümumilikdə hüquq ictimaiyyəti üçün mühüm konfransdır.

Burada yüzə yaxın ölkənin prokuroluqlarının nümayəndələri, həmçinin digər xarici nümayəndələr iştirak edir. Bunların içində isə 50-dən artıq ölkə baş prokuror səviyyəsində təmsil olunur. Bu qurumun tarixində ən yüksək göstəricidir ki, bu sayda iştirakçı gəlib. Bu həm də ona görə gözəl platformadır ki, burada mən öz həmkarlarımla görüşlər keçirdim. İkitərəfli memorondumlar imzalayırıq, bəzilərinin imzalanması barədə razılığa gəlmişik. Yalnız biz yox, digər ölkələrin prokurorları da öz aralarında müzakirələr aparır. Bu günə kimi yüzə yaxın belə görüş keçirilib”.

Platformada ümumi məsələlərin müzakirə olunduğunu deyən baş prokuror Prezidentin tədbir iştirakçılarına ünvanladığı müraciətinə də toxunub: “Prezidentin müraciətində qeyd olundu ki, bizi dünyada cinayətkarlıqla mübarizədə narahat edən bəzi məsələlər var. Buraya xoşagəlməz irqçilik, nifrət cinayətləri və sair daxildir”.

K. Əliyev deyib ki, bəzi xarici ölkə prokurorları öz ailələri ilə ölkəmizə gəlib, regionlarımıza səfər ediblər:

“Biz bu günlərdə ölkəmizə olan marağı, ölkəmizin regionda sözünü deyə bilən ölkə olduğunu bir daha gördük. Azərbaycana gəlməyə böyük maraq var. Bu da həm siyasi, həm mədəni əhəmiyyətə malikdir. Bəzi prokurorlar öz ailəsi ilə ölkəmizə gəlib. Tədbirdən əvvəl bölgələrimizə səfər edənlər olub. Hazırda da ölkəmizi gəzib-görən qonaqlar var. Bu özü də çox müsbət haldır”.

"Cebheinfo.az"

Seçilən
3
3
cebheinfo.az

4Mənbələr