AZ

Ronaldo bu qolu ona həsr etdi: Kaş sağ olaydı

“Əl-Nəsr”in hücumçusu Kriştiano Ronaldo Asiya Çempionlar Liqasının 2-ci turu çərçivəsində keçirilən “Ər-Rayyan”la oyunda (2:1) vurduğu qolla bağlı emosiyalarını bölüşüb.

Publika.az xəbər verir ki, portuqaliyalı superulduz qolu atasına həsr etdiyini bildirib:

"Bugünkü sevincin fərqli mənası var... Kaş atam sağ olaydı, çünki bu gün onun ad günüdür".

Qeyd edək ki, Ronaldonun atası Joze Dinis Aveyro 2005-ci ilin sentyabrın 6-da 52 yaşında vəfat edib.

Seçilən
4
publika.az

1Mənbələr