AZ

Livanın "uzunmüddətli işğalı" olmayacaq

İsrail tərəfi ordunun Livanda məhdud əməliyyat keçirdiyini vurğulayır. Bu, İsrail qüvvələrinin Livanın cənubunda uzun müddət mövcudluğunu nəzərdə tutmur.

Bu barədə CNN xəbər verir.

Amerikalı jurnalistlərlə söhbətində yüksək rütbəli İsrail rəsmisi deyib ki, “Livanın cənubunda uzunmüddətli işğal olmayacaq” və Qüds bu ölkədə uzunmüddətli hərbi mövcudluğu planlaşdırmır.

CNN xəbərində deyilir ki, Qüds Livanın cənubundakı quru əməliyyatını əhatə dairəsi məhdud olaraq xarakterizə etmək üçün səy göstərir.

Lakin İsrail rəsmiləri Livandakı bu əməliyyatın vaxt çərçivəsini açıqlamaqdan imtina edirlər.

İsrail rəsmiləri İDF qoşunlarının Livan ərazisinə nə qədər dərinlikdə daxil olacağını açıqlamayıb.

Oxuməni.az

Seçilən
16
oxumeni.az

1Mənbələr