AZ

ABŞ və İsrail müdafiə nazirləri İranı müzakirə edib

İsrailin müdafiə naziri Yoav Qallant ilə Pentaqon rəhbəri Lloyd Ostin arasında telefon danışığı olub.

Missiya.Az xarici KİV-ə istinadən xəbər verir ki, bu barədə Pentaqonun sözçüsü Patrik Rayder məlumat yayıb.

Onun sözlərinə görə, tərəflər təhlükəsizlik məsələlərini müzakirə ediblər.

Məlumata görə, söhbət zamanı Ostin Vaşinqtonun İsrailin “İranın dəstəklədiyi digər terror təşkilatlarına qarşı özünü müdafiə etmək” hüququnu dəstəklədiyini təsdiqləyib.

Bundan əlavə, Ostin qeyd edib ki, “sərhədin hər iki tərəfində mülki əhalinin təhlükəsiz şəkildə öz evlərinə qayıtmasını təmin etmək üçün diplomatik qətnamə lazımdır”.

"Pentaqon rəhbəri və Qallant İranın İsrailə birbaşa hərbi hücuma keçməyə qərar verəcəyi təqdirdə Tehran  üçün ciddi nəticələri müzakirə ediblər ", - deyə Rayder vurğulayıb.

 

Daşqın HəsənovMissiya.Az

Seçilən
39
missiya.az

1Mənbələr