AZ

Ayın ilk günü hava yağmursuz olacaq

Bu ayın ilk günü əsasən yağmursuz olacaq, lakin dağlıq ərazilərdə yağış və qar mümkündür.

Bizim.Media xəbər verir ki, Bakıda və Abşeronda gecə 11-16° isti, gündüz 23-26° isti təşkil edəcək.

Bölgələrdə də hava əsasən yağmursuz olacaq, lakin gündüz dağlıq və dağətəyi rayonlarda yağış, ayrı-ayrı yerlərdə qısamüddətli leysan, dolu, yüksək dağlıq ərazilərdə isə qar ehtimalı var.

Havanın temperaturu gecə 9-14°, gündüz 22-27° isti, dağlarda gecə 3-8°, gündüz 10-15° isti olacaq.

Bizim.Media

Seçilən
8
14
bizim.media

10Mənbələr