AZ

Həbsdə olan deputat bu ölkədən Zelenskiyə verilən siqnal haqda danışdı

İsveçrə Xarici İşlər Nazirliyi Çin və Braziliyanın təklif etdiyi sülh planını dəstəkləyib və bu, Ukrayna prezidenti Vladimir Zelenskiyə bir siqnaldır.

Publika.az xəbər verir ki, bunu vətənə xəyanətdə şübhəli bilinərək istintaq təcridxanasında saxlanılan Ukrayna Ali Radasının deputatı Aleksandr Dubinski Telegram kanalında bildirib.

O, İsveçrənin hərəkətlərini təbii adlandırıb. Deputatın sözlərinə görə, Zelenski “sülh sammitinin” nəticələrinə görə Rusiya ilə danışıqlar planlaşdırmadığı üçün bütün ölkələrə “atıb”.

"İsveçrə yanaşmanı dəyişmək lazım olduğuna dair yalnız ilk siqnaldır, lakin Zelenski üçün kamuflyaj geyinməyə davam etmək çox əlverişlidir", - Dubinski hesab edir.

Seçilən
11
publika.az

1Mənbələr