AZ

Qurban Qurbanov həmkarını qabaqlayacaq

Avropa Liqasının II turunda keçiriləcək “Qarabağ” – “Malmö” oyunundan əvvəl təşkil olunacaq mətbuat konfransları və açıq məşqlərin vaxtları müəyyənləşib. Matc.az xəbər verir ki, əvvəlcə Ağdam klubunun baş məşqçisi Qurban Qurbanov media önünə çıxacaq. Avropa Liqasının II turunda keçiriləcək “Qarabağ” – “Malmö” oyunundan əvvəl təşkil olunacaq mətbuat konfransları və açıq məşqlərin vaxtları müəyyənləşib. Matc.az xəbər verir ki, əvvəlcə Ağdam klubunun baş məşqçisi Qurban Qurbanov media önünə çıxacaq. Təcrübəli mütəxəssis saat 13:30-da Tofiq Bəhramov adına Respublika stadionunda mətbuat nümayəndələrinin suallarını cavablandıracaq. Azərbaycan çempionu saat 17:30-da ilk 15 dəqiqəsi açıq məşqini “Azersun Arena”da keçirəcək. İsveç klubunun baş məşqçisi Henrik Ridströmün mətbuat konfransı saat 18:30-a planlaşdırılıb. “Malmö”nün son məşqi isə 19:00-da reallaşacaq. Qeyd edək ki, oktyabrın 3-də keçiriləcək “Qarabağ” – “Malmö” görüşü saat 20:45-də başlayacaq.

Seçilən
22
matc.az

1Mənbələr