AZ

Mişustinin səfəri: Bu liman İrəvanla Moskvanı yaxınlaşdırır

Rusiyanın Baş naziri Mixail Mişustin Tehrandan İrəvana gəlib. Mişustin İrəvanda Avrasiya Hökumətlərarası Şurasının iclasında (2 oktyabrda – red.) iştirak edəcək.

Axar.az xəbər verir ki, bu barədə politoloq Elxan Şahinoğlu qeyd edib.

“Ermənistanın Baş naziri Nikol Paşinyan Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatından uzaqlaşsa da, Avrasiya İqtisadi Birliyindən faydalanmaqda davam edir. Ermənistan Rusiya ilə hərbi əməkdaşlığı aşağı səviyyəyə endirir, bu ölkə ilə iqtisadi əlaqələrini isə əksinə, gücləndirir, ticarət mübadiləsinin həcmi ilbəil artır”, - o bildirib.

Politoloq vurğulayıb ki, Mişustinin Tehrandan İrəvana “keçidi”nin bir başqa əhəmiyyəti də var:

“Hindistan İranın Çabahar limanını icarəyə götürüb. Bu limandan həm Rusiya, həm də Ermənistan istifadə etmək istəyir. Bu mövzu da İrəvanla Moskvanı yaxınlaşdırır”.

Seçilən
29
1
axar.az

2Mənbələr