AZ

2025-ci ildə fiqurlu konkisürmə Qran-prisi Azərbaycanda keçiriləcək

Azərbaycan Qış İdman Növləri Federasiyası, Beynəlxalq Konkisürmə Birliyi (ISU) ilə aparılan müzakirələr nəticəsində, 2025-ci il 24-27 sentyabr tarixlərində yeniyetmələr arasında Qran-pri yarışının ölkəmizdə keçirilməsi qərarını alıb.

Fins.az xəbər verir ki, bu irimiqyaslı tədbirə 20-dən artıq ölkədən 150-yə yaxın idmançının qatılması gözlənilir.

Bu yarış, Azərbaycanın fiqurlu konkisürmə tarixində ilk dəfə baş tutacaq.

Təşkilatçılar, daha sonra dünya çempionatının keçirilməsi üçün də müraciət etməyi planlaşdırır.

Zemfira Ms
Fins.az

 

Seçilən
8
12
fins.az

6Mənbələr