AZ

“Circus Sea Breeze” unikal “Buffalo Show” ilə payız mövsümünü açıb

“Circus

Bakı, 1 oktyabr, AZƏRTAC

“Circus Sea Breeze” sirk sənətinin bilicilərini Xəzər dənizinin sahilində qeyri-adi şouya dəvət edir.

AZƏRTAC xəbər verir ki, oktyabrın 29-da “Circus Sea Breeze” sirk “Oskar” mükafatı laureatı Allahverdi İsrafilovun təşkilatçılığı ilə yeni mövsümü unikal “Buffalo Show” ilə açıb.

Ənənəyə uyğun olaraq, ilk tamaşa yenə xeyriyyə xarakteri daşıyacaq, sirkin qonaqları valideyn himayəsindən məhrum və sağlamlıq imkanları məhdud uşaqlar, həmçinin şəhid ailələri və Qarabağ müharibəsi veteranlarının uşaqları olacaqlar.

Keniya, Rusiya, Ukrayna, Almaniya və Belarus sirk sənətinin ulduzları öz inanılmaz akrobatik fəndləri ilə arenada ustalıqlarını nümayiş etdirəcəklər.

Tamaşaçılar ilk dəfə unikal şounun şahidi olacaqlar. Camışlarda ayılar və itlər? Bəli, bu reallıqdır! Bu nömrələr artıq bütün dünyada müzakirə olunur və indi hər kəsin onları canlı görmək şansı var.

“Buffalo Show” təşkilatçıları qeyd edirlər ki, bu, sadəcə tamaşa deyil, əsl bayramdır.

Biletlər artıq şəhərin kassalarında və “iticket.az” saytında satışdadır. Bütün tamaşalara biletin qiyməti 10 manatdan başlayır.

Tamaşaçıların rahatlığı üçün metronun “Koroğlu” stansiyasından “Circus Sea Breeze” məkanına və əks istiqamətdə pulsuz avtobus səfərləri təşkil olunacaq.

Seçilən
36
1
azertag.az

2Mənbələr