Bakı. Trend:
İsrail ordusu Beyrutun cənub kənarındakı Haret-Horeyk vəƏl-Leylaki məhəllələrinin sakinlərini yaxın saatlarda havahücumlarına məruz qalacaq bir neçə binanı tərk etməyə çağırıb.
Trend-in məlumatına görə, bu barədə "Al Jadeed" televiziyakanalı xəbər verib.
Məlumata əsasən, xəbərdarlıq Burj əl-Bərəcnə qaçqın düşərgəsininsakinlərinə də göndərilib.
Gözlənilən hava hücumu ilə bağlı məlumatı "X" sosial şəbəkəsindəİsrail ordusunun ərəb dilli nümayəndəsi Avixai Edri yayıb.