AZ

Neymar "Santos"a qayıdacaq

1 iyul 2024-cü ildən etibarən Oxu.az mobil tətbiqinin köhnə versiyasına dəstək dayandırılacaq - yenilənmiş versiyanı endirmək üçün Google Play və ya AppStore-a keçməyiniz xahiş olunur.



"Əl-Hilal"ın hücumçusu Neymar Səudiyyə Ərəbistanı klubu ilə müqaviləsini yeniləməyəcək.
Oxu.Az "Sport-ekspress"ə istinadən xəbər verir ki, 32 yaşlı braziliyalı 2025-ci ilin yayında azad agent kimi "Santos"a qayıdacaq.
Forvardın "Əl-Hilal"la müqaviləsi 2025-ci il iyunun 30-da başa çatır. O, 2023-cü ilin yayında PSJ-dən 90 milyon avroya Ər-Riyad klubuna keçib. Braziliyalı zədə səbəbindən klubda cəmi 5 oyun keçirib, 1 qol vurub və 3 məhsuldar ötürmə edib.
Neymar 2013-cü ilə qədər oynadığı "Santos"un yetirməsidir. Braziliya klubunun heyətində 225 matçda 136 qol vuran futbolçu 64 məhsuldar ötürmə edib.
Seçilən
0
4
oxu.az

10Mənbələr