AZ

FİFA-dan Samuel Etoya 6 aylıq qadağa

Beynəlxalq Futbol Federasiyaları Assosiasiyası (FIFA) Kamerun Futbol Assosiasiyasının prezidenti Samuel Etoya 6 ay müddətinə ölkəsinin kişi və qadınlardan ibarət milli komandalarının oyunlarına getməyi qadağan edib.

İdman.biz xəbər verir ki, bu barədə FIFA-nın mətbuat xidməti məlumat yayıb.

Məlumatda Etonun qurumun nizam-intizam kodeksini pozduğu bildirilib. 43 yaşlı sabiq futbolçu 20 yaşadək qızlar arasında keçirilən dünya çempionatının Kamerun – Braziliya matçında aqressiv davranışı və ədalətli oyun prinsiplərinin pozulmasında ittiham olunub.

Qeyd edək ki, Eto 2021-ci ildən Kamerun Futbol Assosiasiyasına başçılıq edir. O, futbolçu kimi İspaniyanın “Real”, “Barselona” və "Malyorka", İtaliyanın “İnter”, İngiltərənin isə “Çelsi” və “Everton” kimi klublarında oynayıb.

İdman.biz

Seçilən
4
6
idman.biz

7Mənbələr