Azərbaycan Yerüstü Nəqliyyat Agentliyi (AYNA) gömrük-keçid məntəqələrində yük maşınlarının sayı ilə bağlı daşıyıcıların davamlı məlumatlandırılmasını həyata keçirir.
AYNA-dan Publika.az-a bildirilib ki, bu təşəbbüs daşıyıcılara səfərlərini planlayan zaman gömrük postundakı mövcud vəziyyətə uyğun addım atmağa imkan yaradır.
Hazırda gömrük-sərhəd məntəqələrində gözləmədə olan yük maşınlarının sayı aşağıdakı kimidir: “Astara” gömrük postunda 23, “Biləsuvar” gömrük postunda 35, “Qırmızı Körpü” gömrük postunda 400, “Mazımqara” gömrük postunda 5, “Samur” gömrük postunda 15 yük maşını mövcuddur. “Xanoba” gömrük postunda isə hazırda növbə yoxdur.