AZ

ABŞ-da Helene qasırğasının iqtisadi itkisi 160 milyard dollara çata bilər

Dünya üzrə hava proqnozu xidməti olan AccuWeather, Helene qasırğasının ümumi zərəri və iqtisadi itki ilə bağlı təxminlərini artırıb.

"Operativ Media" xəbər verir ki, Helene qasırğasının vurduğu ümumi zərərin və iqtisadi itkilərin 145 milyard dollar ilə 160 milyard dollar arasında olduğu təxmin edilir.

AccuWeather əvvəllər Helene qasırğası nəticəsində iqtisadi itkilərin 95-110 milyard dollar arasında olacağını proqnozlaşdırmışdı.

Qeyd edilib ki, iqtisadi itki təxminlərindəki artım son 48 saat ərzində alınan zərər hesabatlarını əks etdirir və Helene qasırğasını ABŞ tarixinin ən bahalı qasırğalarından birinə çevirir.

Seçilən
9
operativmedia.az

1Mənbələr