AZ

"Barselona" zədəli futbolçu ilə 3 illik yeni müqavilə imzalayıb

"Barselona" gənc futbolçu Mark Bernalla müqaviləni təzələyib.

İdman.biz xəbər verir ki, yeni razılaşma 2029-cu ilin yayına kimi nəzərdə tutulub.

17 yaşlı yarımmüdafiəçinin hazırki müqaviləsi 2026-cı ilin yayında bitəcəkdi. Markın sərbəst qalma məbləği 500 milyon avro olacaq.

Qeyd edək ki, Bernal bir neçə tur əvvəl ağır zədə alıb və onun mövsümün sonuna kimi meydana çıxmayacağı dəqiqləşib.

İdman.biz

Seçilən
25
3
idman.biz

4Mənbələr