AZ

Borel Livandakı vəziyyətlə əlaqədar fövqəladə iclas çağırdı


Aİ-nin Xarici İşlər və Təhlükəsizlik Siyasəti üzrə Ali Nümayəndəsi Cosep Borel Livandakı vəziyyəti müzakirə etmək üçün sentyabrın 30-da 27 Aİ ölkəsinin xarici işlər nazirlərini videokonfrans vasitəsilə fövqəladə iclasa çağırıb.
Yeniavaz.com
xəbər verir ki, bu barədə jurnalistlərə Aİ-nin xarici siyasət xidmətinin nümayəndəsi məlumat verib.
“Biz təsdiq edirik ki, Ali Nümayəndə bu gün saat 17:00-da (Bakı vaxtı ilə 19:00) Aİ-nin Livandakı son eskalasiyaya reaksiyasını müzakirə etmək üçün fövqəladə qeyri-rəsmi video konfrans çağırır”, - məlumatda deyilir.
Eyni zamanda, Aİ nümayəndəsi vurğulayıb ki, görüşün formatı rəsmi qərarların qəbulunu nəzərdə tutmur, lakin Aİ-yə üzv ölkələrin problemlə bağlı qəbul edə biləcəyi gələcək hərəkətləri və ya qərarları müəyyən edə bilər.
Seçilən
18
yeniavaz.com

1Mənbələr