AZ

İrandan Zəngəzur dəhlizi barədə yeni mövqe- "tək Azərbaycanın və Ermənistanın məsələsi deyil"...

Image

"Zəngəzur dəhlizi yalnız Azərbaycan-Ermənistan münasibətləri çərçivəsində dəyərləndirilməməlidir(?)"

Son aylar İran siyasətçiləri, din və dövlət liderləri, o cümlədən də ictimai xadimlər hər vəchlə əsaslandırmağa çalışırlar ki, Zəngəzur dəhlizi məhz onların daxili işidir. Yəni Ermənistanın sərhədlərinin daxili İranin daxili işidir. Bu, beynəlxalq hüquq baxımından başqa dövlətin daxili işinə müdaxilə hesab olunur.

Maraqlıdır, əgər bu mövqeyi Rusiya ortaya qoysaydı, bu bir qədər ağılabatan görünərdi. Cünki Ermənistan uzun illərdir Rusiyanın forpostu olan dövlətlər sırasındadır. Son yüzildə Rusiyanın hərbi varlıği Ermənistanda mövcud olub və bu hələ də davam edir. Üstəgəl, 10 noyabr Üçtərəfli bəyanatının 9-cu bəndinə görə, Zəngəzur dəhlizinə Rusiya Təhlükəsizlik Xidmətinin sərhəd qoşunlari nəzarət etməlidir. Bu sənədin altından baş nazir Nikol Paşinyan cəmi 4 il əvvəl imza atıb. Bununla yanaşı, Ermənistan MDB-də, Aİİ-də və formal olsa da hələlik KTMT-də Rusiya ilə birlikdədir. Bununla belə, Rusiya rəsmiləri demir ki, Zəngəzur dəhlizi bizim "qırmızı xəttimiz"dir. Amma İranla Ermənistan arasında isə formal əməkdaşlıq müqaviləsi olmasına baxmayaraq, rəsmi Tehran az qala hər gün bütün tanınan və tanınmayan şəxslərin dilindən növbəli şəkildə bəyan edir ki, Zəngəzur dəhlizi "bizim qırmızı xəttimizdir".

Dünən də İranın keçmiş yol və şəhərsalma naziri Abbas Axundi deyib ki, son zamanlar İranın siyasi və ictimai mühitində Zəngəzur dəhlizi məsələsi gündəmə gəlib: “Mənim vurğuladığım əsas məqam ondan ibarətdir ki, bu məsələ yalnız Azərbaycan-Ermənistan münasibətləri çərçivəsində dəyərləndirilməməlidir. Şübhəsiz ki, İrandan keçən dəhlizlərdən imtina etməkdə İsrail, Türkiyə, Çin, eləcə də Rusiya maraqlıdır".

Birincisi,  yol və şəhərsalma naziri hara, Bakının və İrəvanın maraqlarına uyğun olaraq Ermənistan ərazisindən kecən dəhliz hara. Bu barədə İran rəsmiləri o qədər danışıb ki, çevir-tatı, vur-tatıya oxşamasın deyə, ölkənin yollarına və şəhərsalmasına nəzarət edən şəxsi çıxarırlar ki, sən çix mətbuatda geosiyasətdən danış. Abbas Axundi yol mühəndisidir, onun üçun şəhərsalmaya nəzarət etmək belə zor gəlir. Amma gəlib bu tərəfdən də "şparqalka"dan oxumaqla "geosiyasətlə məşğul olur".

Bəlkə də İranın geosiyasətdən başı çixanları "Zəngəzur dəhlizi İranın qırmızı xəttidir" deməkdən həya edirlər artiq, ona görə də İran hökuməti bu sözləri mühəndisin, baytarın, mollanın dili ilə deyir. Çunki özünə hörmət edən geosiyasətlə məşğul olan politoloq bu ifadəni dilinə gətirməz.

Elə götürək Abbas Axundinin məntiqsiz "məntiqini". Bu adam deyir ki, Zəngəzur dəhlizi yalniz Azərbaycan ilə Ermənistanın müzakirə edəcəyi məsələ deyil. Necə olur ki, Azərbaycan İranın ərazisindən keçməklə Naxçıvan Muxtar Respublikasına yol cəkəndə rəsmi Tehran və ya Bakı İrəvanla məsləhətləşmədı, iki qonşu ölkə bu məsələni öz aralarında həll etdi, indi Azərbaycan Ermənistan ərazisindən Naxçıvana getmək məqsədilə dəhluz almaq istəyəndə Tehranın da fikrini öyrənməlidur?

Dəhliz almaq istəyən Azərbaycan, əvvəllər də mövcud olmuş bu dəhlizi verməli olan ölkə isə Ermənistan, bəs İran bu məsələdə nə işə baxir?

Əslində İranı cəsarətləndirən Ermənistanın yürutdüyu sürüşkən və çoxüzlü siyasətdir. Ermənistan öz suverenliyinə hörmət edirsə, Tehranin onun ərazisindən kecən bir dəhlizi özünün "qırmızı xətti" sayması, onun ərazisidə az qala sərəncamçı qismində rol oynaması bu ölkənin dövlətçiliyinə təhqirdir. Lakin İrəvan bu təhqiri ona görə qulaqardına vurur ki, qoy Zəngəzur dəhlizi alınmasın, biz ona paralel digər dəhliz açaq və Moskvaya deyək ki, artıq bu dəhluzə biz sizin nəzarətiniz barədə öhdəlik götürməmişik. Başqa cur desək, İrəvan rusun zopasından qorxub İranın təhqirini qəbul edir, yəni iki pisdən özü üçün nisbətən yaxşını seçir. Çox güman ki, Ermənistan və İran ikitərəfli görüşlərdə bu məsələ barədə, tam olmasa da, müəyyən ortaq nöqtələrə nail olublar. Ən azı, Ermənistan məsələnin həllini uzatmaqla İrandan hər hansısa güzəştlər əldə edib. Ona görə də İran çox ürəklə deyir ki, bu bizim "qırmızi xəttimiz"dir. Amma hər halda, kommunikasiyaların açılmamasının ziyanı hamıdan çox Ermənistana dəyir.

Akif NƏSİRLİ





Seçilən
23
baki-xeber.com

1Mənbələr