AZ

ABŞ-də “Helen” qasırğası nəticəsində ölənlərin sayı 116 nəfərə çatıb

Bakı. Trend:

ABŞ-nin cənub-şərqində “Helen” qasırğası 116 nəfərin ölümünəsəbəb olub.

Trend xarici KİV-ə istinadənverir ki, təbii fəlakət nəticəsində Şimali Karolinada 46 nəfər,Cənubi Karolinada 27 nəfər, Corciyada 25 nəfər, Floridada 13 nəfər,Tennessidə dörd nəfər, Virciniyada isə bir nəfər həyatınıitirib.

Eyni zamanda, Florida, Corciya, Şimali Karolina, Cənubi Karolinavə Virciniya ştatlarının 2 milyondan çox sakini qasırğa səbəbindənhələ də işıqsız qalıb.

“Helen” qasırğası cümə axşamı günü yerli vaxtla saat 23:10-da(Bakı vaxtı ilə cümə günü saat 7:10) Florida ştatının şimalınıvurub. Qasırğanın mərkəzində küləyin sürəti saatda 225 kilometrolub. Leysan yağışları səbəbindən bölgədə daşqınlar baş verib.

Seçilən
2
5
az.trend.az

6Mənbələr