Bakı, 30 sentyabr, AZƏRTAC
“Azərbaycandakı tədbirin təşkilatçılığı və Azərbaycan xalqının qonaqpərvərliyi məni çox heyran etdi”.
AZƏRTAC xəbər verir ki, bunu jurnalistlərə Beynəlxalq Prokurorlar Assosiasiyasının (BPA) 29-cu İllik Konfransı və Ümumi Yığıncağı çərçivəsində Beynəlxalq Prokurorlar Assosiasiyasının Baş katibi Roel Dona söyləyib.
Onun sözlərinə görə, Beynəlxalq Prokurorlar Assosiasiyasının 29-cu İllik Konfransı və Ümumi Yığıncağı çox səmərəli şəkildə keçir.
Tədbirin əhəmiyyətinə toxunan BPA-nın Baş katibi vurğulayıb ki, konfransın əsas məqsədi beynəlxalq əməkdaşlıq naminə insanları bir araya gətirməkdir.