AZ

Sərhəddə neçə maşın gözləyir?- Say açıqlandı

Gömrük-keçid məntəqələrində yük maşınlarının sayı daşıyıcılara açıqlanıb.

Bu barədə "Cebheinfo.az"-a Azərbaycan Yerüstü Nəqliyyat Agentliyindən (AYNA) məlumat verilib. Bildirilib ki, AYNA gömrük-keçid məntəqələrində yük maşınlarının sayı ilə bağlı daşıyıcıların davamlı məlumatlandırılmasını həyata keçirir. Bu təşəbbüs daşıyıcılara səfərlərini planlayan zaman gömrük postundakı mövcud vəziyyətə uyğun addım atmağa imkan yaradır.

Hazırda gömrük-sərhəd məntəqələrində gözləmədə olan yük maşınlarının sayı aşağıdakı kimidir: “Astara” gömrük postunda 23, “Biləsuvar” gömrük postunda 35, “Qırmızı Körpü” gömrük postunda 400, “Mazımqara” gömrük postunda 5, “Samur” gömrük postunda 15 yük maşını var. “Xanoba” gömrük postunda isə hazırda növbə yoxdur.

Qeyd edək ki, bu məlumatların daşıyıcılara təqdim edilməsi yük daşımalarının səmərəliliyini artırmağa və gözləmə vaxtlarını azaltmağa kömək edir.

"Cebheinfo.az"

Seçilən
1
19
cebheinfo.az

10Mənbələr