AZ

"Bütün qəlbimlə sənə hər şeyə görə təşəkkür edirəm, Qrizi" - Didye Deşam

Fransa millisinin baş məşqçisi Didye Deşam hücumçu Antuan Qrizmannın milli karyerasının bitirməsinə münasibət bildirib.

 Fanat.Az xəbər verir ki, "RMC Sport" "xoruzlar"ın çalışdırıcısının sözlərini belə çatdırıb:

"Uzun və əsaslı götür-qoydan sonra Antuan möhtəşəm karyerasını bitirmək qərarına gəldi. ir müddət öncə onunla bu mövzuda uzun söhbətimiz olmuşdu. O, yığmada debüt edəndən, 10 il öncədən çox yaxşı münasibət formalaşdırmışıq. Fransa seçməsi ilə vidalaşmaq sıradan qərar deyil. Bu, cəsarət və düzgünlük tələb edir. Antuan məhz belədir. Seçiminə hörmətlə yanaşmalıyıq.

Onun klub karyerası hələ davam etsə də, Qrizmann Fransa futbolunun ikonası, milli tarixinin ən yaxşı oyunçularından biridir. Hücumçular arasından nadir rast gəlinən kollektiv ruha sahib Antuan futbolu və Fransa futbolunu həmişə şöhrətləndirib. O, həmişə düzgün olub. 

Qrizmannın beynəlxalq "təqaüd"ə çıxmasını böyük həyəcanla qeyd edirəm. Antuanın mənim sevimli futbolçum olduğunu tez-tez deyirlər. Biz doğrudan da çox sıx münasibət formalaşdırmışıq və bu, heç vaxt dəyişməyəcək. Bütün qəlbimlə sənə hər şeyə görə təşəkkür edirəm, Qrizi".

Nihat

Seçilən
17
fanat.az

1Mənbələr