“Real”ın hücumçusu Kilian Mbappe zədəsini sağaldıb. Msport.az “Onda Madrid”ə istinadən xəbər verir ki, fransalı futbolçu sabah komanda ilə birgə məşqlərə qatılacaq.
Əgər hər şey yaxşı olsa, forvard Çempionlar Liqasının oktyabrın 2-də “Lill”ə səfərdə keçiriləcək oyunun ikinci hissəsində meydana çıxa bilər.
Mbappe İspaniya La Liqasının 7-ci turunun “Alaves”lə görüşündə (3:2) zədələnmişdi.