AZ

Enrike Dembelenin "qələmini qırdı" - Londona da aparılmayacaq

PSJ-nin baş məşqçisi Luis Enrike komandanın hücumçusu Usman Dembelenin adını Çempionlar Liqasının Liqa mərhələsinin 2-ci turunda "Arsenal"a qarşı keçirəcəkləri oyunun iştirak ərizəsinə salmayacaq.

Fanat.Az xəbər verir ki, informasiyanı "L'Équipe" yayıb.

Məlumata görə, ispan mütəxəssis cümə günü "Renn" üzərində qələbə qazandıqları çempionat matçından sonra Dembele ilə insident yaşayıb. Mənbə Usmanın bu səbəbdən Londona aparılmayacağını vurğulayıb.

Qeyd edək ki, cari mövsüm PSJ forması ilə bütün turnirlərdə 7 oyuna çıxan Dembele 4 qol və eyni sayda məhsuldar ötürmə il yadda qalıb.

Nihat

 

Seçilən
17
fanat.az

1Mənbələr