AZ

Azərbaycanda avtomobil nəqliyyatı ilə beynəlxalq daşımalar ARTIB

Bu ilin yanvar-avqust aylarında Azərbaycanda avtomobil nəqliyyatı ilə 8 milyard 157,7 milyon ABŞ dolları dəyərində 3,8 milyon ton məhsul daşınıb. 

Bizim.Media Dövlət Gömrük Komitəsinə istinadən xəbər verir ki, bunlar, ötən ilin eyni dövrünə nisbətən müvafiq olaraq 4,1 % və 8,1 % çoxdur. 

O cümlədən, 8 ayda avtomobil nəqliyyatı ilə 1 milyard 321,3 milyon ABŞ dolları (10,8 % çox) dəyərində 1 milyon 459,85 min ton (9,7 % çox) yük ixrac olunub, 6 milyard 836,4 milyon ABŞ dolları (2,9 % çox) dəyərində 2 milyon 335,85 min ton (7,2 % çox) yük idxal edilib. 

Bizim.Media

Seçilən
1
2
bizim.media

3Mənbələr