AZ

Mədəniyyət Nazirliyində bir sıra ölkələrin rəssamlar ittifaqlarının təmsilçiləri ilə görüş keçirilib

Sentyabrın 30-da Azərbaycan Respublikasının Mədəniyyət Nazirliyində Özbəkistan, Tacikistan, Qazaxıstan, Gürcüstan, Macarıstan rəssamlar ittifaqlarının təmsilçiləri və Ankara Rəsm və Heykəl Muzeyinin rəhbərliyindən ibarət heyətlə görüş keçirilib.

Nazirlikdən AZƏRTAC-a bildirilib ki, qonaqlar sentyabrın 28-də başlayan və oktyabrın 1-dək Bakıda davam edəcək növbəti "Xəzər" Biennalesi çərçivəsində ölkəmizə səfər ediblər.

Qonaqları salamlayan mədəniyyət naziri Adil Kərimli “Xəzər” Biennalesi platformasının əhəmiyyətini qeyd edib. Deyib ki, ənənəvi layihə çərçivəsində Xəzəryanı və digər ölkələrdən rəssamlar, kuratorlar və ekspertlərin bir araya gəlməsi diqqətəlayiq hadisədir. Biennale ölkələrimiz arasında təsviri sənət sahəsində əlaqələrin genişlənməsinə öz töhfəsini verir, təcrübə mübadiləsinə münbit şərait yaradır.

Çıxış edən qonaqlar da biennalenin mədəni mübadilənin dərinləşməsində rolunu vurğulayıb, ortaq sərgilərin keçirilməsinin faydalı olacağını bildiriblər.

Görüşdə “Xəzər” Biennalesinin əhatə dairəsinin ildən-ilə genişlənməsindən məmnunluq ifadə olunub.

Seçilən
4
16
yeniazerbaycan.com

10Mənbələr