AZ

İran vətəndaşına narkokuryerlik edən keçmiş məhkum 2 kq heroinlə tutuldu

Image

Şirvan Şəhər Polis Şöbəsinin əməkdaşları tərəfindən keçirilən əməliyyat zamanı narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olan, əvvəllər məhkum olunmuş Ağaqulu Tağıyev saxlanılıb. Onun üzərindən 2 kiloqramdan artıq heroin aşkar edilib.

Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətindən bildirilib ki, araşdırmalar zamanı A.Tağıyevin narkotik vasitəni sosial şəbəkələr vasitəsilə tanış olduğu və şəxsiyyəti istintaqla araşdırılan iranlı narkotacirdən aldığı müəyyən edilib.

Faktla bağlı Şirvan ŞPŞ-də cinayət işi başlanıb, araşdırmalar davam etdirilir.

ZÜMRÜD





Seçilən
4
6
baki-xeber.com

10Mənbələr