AZ

Kitabxananın Fəxri oxucusu oxucuları kitabı oxumağa dəvət edir

Bakı Şəhər Mədəniyyət Baş İdarəsi Yasamal rayon MKS-nin M.Ş.Vazeh adına Mərkəzi Kitabxanasının  Fəxri oxucusu, ssenarist, yazıçı, rejissor, kitabsevər Elçin Əsədov tez-tez kitabxanaya gələrək oxucuları maraqlı kitablar oxumağa həvəsləndirir.

Kitabxanada həyata keçirilən  “Yaradıcı oxucularımız” layihəsinə müəllifin təqdim etdiyi Rey Bredberinin  kitabının “Əlyazmalar yanmır və ya Farenqeytlə 451 dərəcə” adlı rəyini oxucularımıza təqdim edirik.

 Müəllif qeyd edir ki, bu əsər həyatımızın reallığını özündə ehtiva edən antiutopiyadır. Könüllü olaraq inkişaf etmək istəməyən, kitabların yandırılması və məhv edilməsinin sistemin özü tərəfindən adi hala çevrildiyi, hər hansı fikir ayrılığının sıxışdırıldığı cəmiyyətlərin deqradasiyası haqqındadır.

E.Əsədov 1953-cü ildə yazılmış kitabı oxuyaraq televiziyanın kitabı əvəz etdiyi, kollektivizmin deqradasiyasının fərdiliyi və orijinallığı əvəz etdiyi, holoqramların yer aldığı müasir dövrümüzdə gələcəyə nəzər salan müəllifin bəsirətini alqışlayır. Rəyçi müəllifin cəmiyyətin xilasının bəzən bir nəfərdən asılı olduğuna ümidsiz inamını vurğulayır. Milyonların qurtuluşu insani zəifliklərlə, adi bir insanın əxlaqı ilə sadə bir şeyin fədakarlığından asılıdır!

Rəy aşağıdakı keçiddə yerləşdirilib:

 https://drive.google.com/file/d/1Ju_mihimBEivubLL-Fj36JUw8dQlGUmJ/view

 

Seçilən
8
sabahinfo.az

1Mənbələr