AZ

8 ayda Azərbaycanda açılmış mühüm əhəmiyyətli obyektlər

Cari ilin yanvar-avqust aylarında Azərbaycanda bir çox mühüm əhəmiyyətli obyektlər açılıb.

Valyuta.az Dövlət Statistika Komitəsinin məlumatlarına istinadən xəbər verir ki, Bakı şəhərində Dövlət Sərhəd Xidmətinin hərbi hospital kompleksi, “Crescent Mall” ticarət mərkəzi, “Zəngilan” tankeri, “LANDAU School” Təhsil Kompleksi, “The Grand” apart hoteli açılıb.

Bunlarla yanaşı,  Gəncə şəhərində Gəncə İdman Sarayı, Abşeron rayonunda Palçıq Vulkanları Turizm Kompleksi, Cəbrayıl rayonunda “Xudafərin” və “Qız Qalası” hidroqovşaqları, Füzuli rayonunda Kurmanqazı adına Uşaq Yaradıcılıq Mərkəzi, Əhmədbəyli-Füzuli-Şuşa avtomobil yolunda tunel, Laçın rayonunda “Zabux” və “Qarıqışlaq” Kiçik Su Elektrik stansiyaları, Lənkəran rayonunda Lənkəran regional “Asan xidmət” mərkəzi, Qəbələ rayonunda 110/35/10 kV-luq “Hacıalılı” elektrik yarımstansiyası, Regional Təlim Mərkəzi, Qəbələ Rayon Mərkəzi Xəstəxanası, Böyük Pirəli-Kiçik PirəliXırxatala-Cığatelli-Həmzəli avtomobil yolu, Şuşa rayonunda yaşayış kompleksi, Şuşa sutəmizləyici qurğular kompleksi, Zəngilan rayonunda “Ağalı” hoteli, “Zəngilan” və “Şayıflı” Su Elektrik stansiyaları, Zəngilan məscidi, və s. mühüm əhəmiyyətli obyektlər istifadəyə verilib.

Əvəz Həsənov

Seçilən
8
valyuta.az

1Mənbələr