AZ

“Human Rights Watch” və “Freedom House” Avropa siyasi dairələrinin əlaltısı kimi çıxış edirlər ANALİZ

Azərbaycanın gücünə növbəti güc qatan 44 günlük Vətən Müharibəsindən sonra bəzi xarici ölkələr, eləcə də beynəlxalq təşkilatların nümayəndələri ölkəmizə qarşı qarayaxma kampaniyası aparırlar. Bununla hesab edirlər ki, erməni terrorunun ləvğ edilməsinin qarşısını alacaq, Ermənistanda baş qaldıran revanşist əhval-ruhiyyəsinin çiçəklənməsinə yardımçı ola biləcəklər. Yəni 44 günlük Vətən Müharibəsində və 23 saat 44 dəqiqə çəkən antiterror tədbirlərindən sonra Cənubu Qafqazda yarana biləcək sülhün və təhlükəsizliyin əngəllənməsinə nail olacaqlar. Bu səbəbdən də ardıcıl olaraq Azərbaycana qarşı qarayaxma kampaniyası aparır, qərəzli hesabatlar yayırlar. Fransa, Yunanıstan, Niderland, ABŞ, Hindistan kimi dövlətlər Ermənistana silah-sursatla yardımçı olmağa çalışırlarsa, “Human Rights Watch”, “Freedom House”, “Amnesty International” və digər ermənipərəst dairələr tərəfindən maliyyələşən təşkilatlar isə şər və böhtana əsaslanan hesabatlarla dəstək göstərməyə çalışırlar. Xəbis niyyətləri ilə düşünürlər ki, bu yolla Azərbaycanı haqq yolundan döndərməyi bacaracaq və Ermənistanda hökm sürən ruh düşkünlüyünü aradan qaldıra biləcəklər. Ancaq anlamırlar ki, Azərbaycan böyük gücə və qüdrətə malik dövlətdir, onu haqq yolundan heç bir qüvvə döndərə, çəkindirə bilməz. Görünən isə ondan ibarətdir ki, məkrli dairələr reallıq hissindən tamamilə məhrum olublar. “Human Rights Watch”, “Freedom House”, “Amnesty International” qondarma təşkilatlar daim Azərbaycana qarşı qərəzli hesabatlarla çıxış edirlər. Sözügedən üzdəniraq təşkilatlar bu günlər yaydıqları hesabatda absurd iddialarla çıxış ediblər. Yaydıqları cızma-qarada iddia edirlər ki, guya Azərbaycanda “insan hüquqları pozulur”, “mətbuat azad deyil”, “siyasi məhbus”lar mövcuddur. Halbuki bu kimi iddiaların hamısı yalan üzərində qurulub və heç bir fakta söykənmir. Bütün bu kimi şər və böhtanların yayılmasının kökündə ermənipərəst maraqlar dayanır. Digər tərəfdən Azərbaycanda COP29 konfransının keçirilməsi qaragüruh ermənipərəst dairələri ciddi narahat edir. Qərbi Azərbaycan İcmasının da yaydığı bəyanatda sözügedən təşkilatların qərəzli hesabatını haqlı şəkildə qınayıb. Bəyanatda bildirilir ki, COP29 yaxınlaşdıqca məlum anti-Azərbaycan qüvvələr, "insan hüquqları" bəhanəsi ilə Azərbaycana qarşı hücumlarını intensivləşdiriblər: “Erməni lobbisi ilə sıx əlaqəli olan Freedom House, Human Rights Watch və digərləri əvvəllər ermənipərəst motivlərini gizlətməyə çalışırdılarsa da, artıq bunu açıq şəkildə edirlər. Artıq bu hücumları həmin təşkilatların erməni mənşəli əməkdaşlarının özləri həyata keçirir. Eyni zamanda, bu təşkilatlar irqçi düşüncəyə malik digər erməni aktivistlərin bütün hücumlarını dəstəkləyirlər. Buna son nümunə isə Freedom House-un erməni millətçisi Şeyla Paylan tərəfindən Newsweek-də yayımlanan böhtan dolu məqaləni dəstəkləməsidir.Biz bu hücumları qətiyyətlə pisləyir və Paylanın işlədiyi BMT-nin Narkotiklər və Cinayətkarlıq üzrə İdarəsini (UNODC) onun haqqında zəruri ölçü götürməyə çağırırıq”.

Avropada nasizm təhlükəli xarakter alır

Xatırlatmaq yerinə düşərdi ki, həmin bu ermənipərəst beynəlxalq təşkilatlar Azərbaycanda keçirmiş birinci Avropa oyunları ərəfəsi də hay-küylü qarayaxma kampaniyası ilə çıxış etmişdilər. Ondan əvvəl, yəni 2012-ci ildə "Eurovision" mahnı müsabiqəsi ərəfəsində də ölkəmizi özlərinin dayaz ağılı ilə gözdən salmağa cəhdlər göstərmiş, boş və mənasız açıqlamalarla, hesabatlarla çıxış etmişdilər. Artıq bütün dünyada tam əminlik yaranıb ki, “Human Rights Watch”, “Freedom House”, “Amnesty International” kimi təşkilat haqqında belə bir qəti fikir formalaşıb və təsdiq olunub ki, sözügedən təşkilatlar islamofobiya xəstəliyinə yoluxmuş və insan hüquqları məsələsini əsassız şəkildə bəhanə edərək müsəlman ölkələrinə qarşı kampaniya aparmaq missiyasını yerinə yetirməklə məşğuldurlar. Human Rights Watch”, “Freedom House”, “Amnesty International” kimi təşkilatların söz və fikir azadlığından, insan hüquqlarına münasibətdən danışmaları gülünc və iztehza doğurur. Çünki onların bağlandıqları və maliyyə yardımları aldıqları ölkələrdə ciddi mətbuat azadlığı problemləri mövcuddur, addımbaşı insan hüquqları kobud şəkildə pozulur. Hətta Avropaya üz tutan Asiyanın, Afrikanın insanları Avropada təqib olunur, döyülür, zorakılığa məruz qalırlar. Bunu aparılan araşdırmalar və müstəqil sorğu mərkəzləri də təsdiq edirlər. Afrikadan və Asiyadan Avropaya bu və digər səbəbdən Avropaya gedən insanların 55 faizi qeyd edirlər ki, Avropa ölkələrində, xüsusilə Fransa, Almaniya və Niderlanda onlara qarşı zorakılıq hallarına yol verilir, 37 faizi deyir ki, irqi diskriminasiyanın qurbanı olub. Bununla məlum olur ki, Avropa ölkələrində diskriminasiya və rasizm xarakterli cinayətlərin sayı xeyli artıb. Məsələn, Almaniyada türklər, balkan əsillilər daha çox təzyiqlərə məruz qalırlar. Almaniyada yaşayan türklərin 52 faizi, balkan əsillilərin isə 46 faizi hesab edir ki, bu ölkədə ksenofobiya “çox yüksək səviyyədə inkişaf edir”. Sorğuda iştirak edən insanların hər 4-dən biri onlara kömək edəcək dövlət və qeyri-dövlət qurumunun olmadığını söyləyir. Sual yaranır, görəsən, Azərbaycana qarşı əsassız iddialar irəli sürən “Human Rights Watch” və “Freedom House” nə üçün Avropada və ABŞ-da dini, irqi diskriminasiyanı, rasizmi, neonasizmi və insan hüquqlarının kütləvi şəkildə pozulmasını görmür, yaxud görmək istəmir? Bu gün Almaniyada, Fransada, Yunanıstanda elə bir biabırçı durum yaranıb ki, bu durum BMT-nin müvafiq strukturlarını belə ciddi narahat etməyə başlayıb. Xüsusilə də, Almaniyada faşizmin getdikcə daha çox yayılması və onun özəklərinin Fransada və Niderlanda yaradılması bəşəri varlığı ciddi narahat etməyə başlayıb. Çünki nasistlər fərqli dinin, dilin, milliyyətin sahibi olan insanlara hücum edib, onlara xəsarətlər yetirir, bəzən isə öldürürlər. Müstəqil təşkilatların açıqladıqları məlumatlara görə, son bir il ərzində Fransa, Almaniya, Belçika, Niderland, İsveçrə, İspaniya və Yunanıstanda ümumilikdə 234 min 23 nəfər yerli millətçilərin hücumuna məruz qalıblar. Bu halda polis də faşist dərnəklərinin üzvü olan nasistlərin vəhşiliklərinə göz yumurlar. Faktın özü təsdiq edir ki, “asayiş keşikçi”lərinin özləri nasistlərlə əlbirdirlər. Asiya və Afrikadan gələn insanlar öldürülərkən onlara qarşı laqeydlik müşahidə edilir. Qətlləri həyata keçirənlərin axtarışı aparılmır, axtarışlar aparılarkən bu, sadəcə, formal xarakter daşıyır. Bu səbəbdəndir ki, zorakılıq halları Fransa, Almaniya, Belçika, Niderland, İsveçrə, İspaniya və Yunanıstanda getdikcə artmaqdadır. İslam daşıyıcısı olan insanlar yerli millətçilər tərəfindən təqib olunurlar. Son vaxtlar belə vəhşilik halları Yunanıstanda, Fransada, Almaniyada, Belçikada, Niderlandda, İsveçrədə və İspaniyada bir qədər də artıb. Müsəlmanlar işə gedərkən və ya işdən evə gələrkən yerli millətçilər tərəfindən təhqirlər olunurlar, döyülürlər. Qadınların baş örtükləri zorla başlarından alınıb, yerə atılır. Hətta məscidlərin yandırılması, peyğəmbərlərin təhqir olunması hallar baş verir. Avropa Yəhudi Konqresinin və israilli sosioloqların araşdırmalarına görə, son vaxtlar Avropada antisemitizm əhval-ruhiyyəsi yüksəlib. Belə ki, Almaniyada, İspaniyada, B.Britaniyada, Polşada, Macarıstanda, Avstriyada və Fransada aparılmış rəy sorğularının nəticələrinə əsasən demək olar ki, yəhudi əsilli iş adamlarının dünya iqtisadiyyatında yüksək rol oynaması onlara qarşı Avropada nifrətin oyanmasına gətirib çıxarır. Bu xüsusda, Fransadakı "Soxnut" İsrail Milli Agentliyinin rəhbəri David Roşun narahatlığı diqqət çəkir. O, Fransada baş verən insidentlərə diqqət çəkərək bu ölkədə antisemitizm stereotiplərinin yenidən baş qaldırmasını göstərir. Tuluzada, Elzasda və digər şəhərlərdə son müddət ərzində 55 antisemitizm faktı qeydə alınıb.

“Human Rights Watch” və “Freedom House” Avropda cərəyan edən rüsvayçılıqları görmək istəmir

Avropa və dünyada gedən siyasi, iqtisadi, sosial, demoqrafik və ideoloji proseslər, bütövlükdə sağ və milliyyətçi ideyaların vüsət alması prosesini daha da sürətlənir. Bu isə çox təhlükəlidir. Avropanın və ABŞ-ın siyasi dairələri isə susurlar. Sanki baş verənlərdən xəbərsizdirlər. Sanki erməni terrorçularının 30 il işğal dövründə Azərbaycan ərazilərində törətdikləri vandalizm aktlarından məlumatsızdılar. Halbuki, bəşəri dəyələrə zidd olan rüsvayçı vəziyyətin ideya müəllifi özləridir. Çox yaxşı bilirlər ki, Avropada və ABŞ-da islama qarşı təhdidlər var. Görürlər ki, Afrikadan və Asiyadan ABŞ-a, Avropaya üz tutanlara qarşı yerli millətçilər, xüsusilə də nasistlər necə vəhşiliklər törədirlər. Kifayət qədər məlumata malikdirlər ki, erməni terrorçu hərbi birləşmələri Azərbaycan torpaqlarını işğal edərkən necə vəhşiliklər, soyqırımı aktları həyata keçiriblər. Əsir alınan əsgərlər, girov götürülən mülki vətəndaşlarımız ən ağır vəhşiliklərlə qətlə yetiriliblər. Onlarla tarixi abidə, memarlıq nümunələri məhv edilib, yaşayış binaları yer üzündən silinib, 67 məsciddən 65-i yer üzündən silib. Hüquq müdafiəçisi Novella Cəfəroğlu qərəzli təşkilatları və ölkələri, “ağa” “qara” deyərək təcavüzkar Ermənistanı müdafiə etdiklərini söyləyib: “Bu, təəccüb doğurmur. Xislətləri budur. Bu təşkilat indiyədək bir dəfə də olsun Azərbaycana edilən təcavüzü, erməni terrorçularının Azərbaycan ərazisində törətdikləri terror aktları ilə bağlı məsələ qaldırmayıb”.

N.Cəfəroğlu onu da bildirib ki, ermənilər 44 günlük Vətən Müharibəsində müharibə zonasından uzaqda yerləşən Gəncə, Mingəçevir, Ağcabədi, Bərdə, Tərtər və digər şəhər və rayonlarda əhalinin sıx yaşadığı yerlərə raket və artilleriya zərbələri endirib: “Mülki insanlar həlak olur, yaralanıb. Onların əmlakına külli miqdarda ziyan dəyir. Hətta Gəncədə yaşayan erməni əsilli bir qadın bu zərbələr nəticəsində yaralanıb. "Amnesty International" mülki insanların öldürülməsi məsələsini qaldırıb? Ermənistan monoetnik respublikadır. Azərbaycanlılar oradan zorla qovulub. Ancaq orada elə bir mühit mövcuddur ki, digər bütün xalqlar könüllü olaraq oranı tərk edib. Bu gün nəinki "Amnesty International", digər beynəlxalq təşkilatların da heç biri Azərbaycana bir söz deyə bilməz. Azərbaycan BMT Nizamnaməsinin 51-ci maddəsinə uyğun hərəkət edir. Azərbaycan öz haqlı davasını aparır”.

Bir sözlə, Avropa, ABŞ və onların təbliğat maşını olan “Human Rights Watch”, “Freedom House” kimi təşkilatlar öz gözlərində tiri görməyib, başqasının gözündə tükü seçməyə çalışırlar. Bu isə onların utancverici fəaliyyət yolu tutduqlarını göstərir. Son olaraq, “Freedom House” və “Human Rights Watch” kimi təşkilatlara başa salmaq istərdik ki, bağlı olduqları ölkələrin daxildə hökm sürən iyrənc problemlərin aradan qaldırılması üçün hökumət və dövlət qarşısında məsələlər qaldırsınlar, sonra başqa ölkələrin daxili mələlərinə burunlarını soxmağa cəhd etsinlər.

İLHAM ƏLİYEV

Seçilən
8
sesqazeti.az

1Mənbələr