AZ

®Astara Sağlamlıq Günləri çərçivəsində ağacəkmə aksiyası keçirilib

®Astara

2024-cü ilin “Yaşıl dünya naminə həmrəylik ili” elan edilməsi ilə əlaqədar Dövlət Gömrük Komitəsinin Tibbi Xidmət İdarəsi Astara şəhərində növbəti ağacəkmə aksiyası təşkil edib.

AZƏRTAC xəbər verir ki, Astara Sağlamlıq Günləri çərçivəsində keçirilən ağacəkmə aksiyasında Dövlət Gömrük Komitəsi Tibbi Xidmət İdarəsinin rəisi tibb üzrə fəlsəfə doktoru, Əməkdar həkim Ceyhun Məmmədov, rəis müavini tibb üzrə üzrə fəlsəfə doktoru, dosent İsmayıl Əfəndiyev, Tibbi Xidmət İdarəsinin Elmi-Təcrübi və Tədris Mərkəzinin rəisi tibb elməri doktoru, Əməkdar həkim, ürək-damar cərrahı Rəşad Mahmudov, Mərkəzi Gömrük Hospitalının baş həkimi-rəisi tibb elmləri doktoru Bəxtiyar Musayev, Astara Rayon İcra Hakimiyyətinin başçısı Qəzənfər Ağayev, Əməkdar artist Aybəniz Haşımova, Mərkəzi Gömrük Hospitalının həkimləri və əməkdaşları iştirak ediblər.

Aksiya zamanı Astara şəhərinin dənizkənarı park ərazisində müxtəlif növ dekorativ ağaclar əkilib.

 

Seçilən
14
1
azertag.az

2Mənbələr