AZ

Nepalda daşqınlarda ölənlərin sayı 200 nəfərə çatıb

Cənubi Asiya ölkəsi Nepalın paytaxtı Katmanduda ən azı 200 nəfərin ölümünə səbəb olan musson daşqınlarında sular çəkildikdən sonra axtarış-xilasetmə qrupları dağılmış evlərdə işə başlayıb.

"Cebheinfo.az" xəbər verir ki, son 20 ilin ən güclü yağışlarından sonra Katmanduda bütün məhəllələri su basıb, torpaq sürüşmələri magistral yolları bağladığı üçün paytaxt Nepalın qalan hissəsi ilə müvəqqəti əlaqəsi kəsilib.

Daxili İşlər Nazirliyinin sözçüsü Rişi Ram Tivari açıqlamasında 200 nəfərin öldüyünü, 127 nəfər yaralandığını və 26 nəfərin itkin düşdüyünü bildirib.

Daxili İşlər Nazirliyindən bildirilib ki, magistral yollarda qalan çoxlu sayda insanın xilas edilməsi istiqamətində işlər aparılır.

Xilasetmə qrupları Katmandu ətrafında  çay kənarındakı məhəllələri palçıqdan təmizləmək üçün çalışır. Bu məhəllələrin çoxu icazəsiz məskunlaşma yerlərindən ibarətdir.

Seçilən
21
cebheinfo.az

1Mənbələr