AZ

İsveçrə İtaliya və Fransa ilə sərhədlərini yenidən müəyyənləşdirir

İsveçrə İtaliya və Fransa ilə sərhədlərini yenidən cızır. İtaliya ilə sərhəd dəyişikliyi buzlaqların əriməsi ilə əlaqəli olsa da, Fransa ilə sərhədin Cenevrə bölgəsindəki yeni tramvay xətti və çaylarla əlaqəli olduğu bildirilib.

Editor.az xarici mediaya istinadla xəbər verir ki, İsveçrənin Perly-Certoux və Bardonnex sərhəd şəhərlərində yeni transsərhəd tramvay xətti üçün relslərin çəkilməsi sərhəddə kiçik dəyişikliklərə səbəb olub. İsveçrə Federal Şurası sentyabrın 27-də bildirib ki, Fransa və İsveçrə ekvivalent ölçülü əraziləri mübadilə edəcəklər. Bildirilib ki, Fransa-İsveçrə sərhədində edilən digər iki dəyişiklik Hermans çayı və Foron çayında yenidən təbiiləşdirmə və bəndbərkitmə işləri ilə bağlı olub.

Qeyd edək ki, Cenevrə Fransa ilə 103 kilometr sərhədi bölüşür, bunun 50 kilometri su yollarının ortasında yerləşir.

//Gülnarə Abasova, Editor.az

 

 

Seçilən
33
editor.az

1Mənbələr