Ölkəmizdə prezident seçkisi ancaq İsrail ilə “Hizbullah” arasında atəşkəs razılaşmasından sonra keçiriləcək.

Leqal.info “Reuters“ə istinadən xəbər verir ki, bunu Livanın müvəqqəti Baş naziri, Prezident səlahiyyətlərinin icraçısı Nəcib Mikati bildirib.

O, həmçinin qeyd edib ki, rəsmi Beyrut BMT-nin 2006-cı ildə İsrail və “Hizbullah” arasında münaqişəyə son qoyulması üçün qəbul olunan qətnaməsinə sadiqdir.

N. Mikati Livanın bölgədə ABŞ və Fransa tərəfindən bölgədə müvəqqəti atəşkəsə dair irəli sürdüyü təşəbbüslə razı olduğunu da bəyan edib.

Qeyd edək ki, Livanda prezidenti Parlament seçir.

Leqal.info