AZ

Vəkilliyə qəbulla bağlı test mərhələsi üçün müraciətlər elektron formada qəbul olunacaq

Vəkilliyə

Bakı, 30 sentyabr, AZƏRTAC

Vəkilliyə qəbulla bağlı ixtisas imtahanının test mərhələsində iştirak üçün müraciətlər yeni qaydalara uyğun olaraq yalnız elektron formada həyata keçiriləcək.

Vəkillər Kollegiyasından AZƏRTAC-a verilən məlumata görə, Kollegiya üzvlüyünə qəbulla bağlı tələblərə cavab verən namizədlər ixtisas imtahanının test mərhələsində iştirak üçün yalnız elektron qaydada müraciət edə bilərlər.

Müasir imkanlar nəzərə alınmaqla, namizədlərin sənəd qəbuluna çatımlığının artırılması məqsədilə tətbiq olunan yeni qaydalara əsasən, elektron sənəd qəbuluna oktyabrın 1-dən start veriləcək. Müraciət üçün Kollegiyanın rəsmi internet səhifəsi vasitəsilə “Vəkilliyə qəbul” bölməsinə (https://barassociation.az/candidate-login) daxil olmaqla açılan pəncərədən “Namizəd qeydiyyatı”na keçid edilməlidir.

Vəkillər Kollegiyası ilə Dövlət İmtahan Mərkəzi arasında əldə olunan razılığa əsasən, yaxın zamanda baş tutacaq test imtahanının tarixi ilə əlaqədar əlavə məlumat veriləcək.

Seçilən
2
20
azertag.az

10Mənbələr