AZ

Cəlil Xəlilov Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatının sədri seçilib (FOTO)

Bakı. Trend:

Bu gün Müharibə, Əmək və Silahlı Qüvvələr VeteranlarıTəşkilatının XI plenumu keçirilib.

Trendxəbər verir ki, plenumda Azərbaycan Respublikası PrezidentininAdministrasiyasının QHT-lərlə iş və kommunikasiya şöbəsininQHT-lərlə iş sektorunun müdiri Tural Əliyev, Müdafiə Nazirliyininnümayəndəsi polkovnik Elvin Əzizov, Səfərbərlik və Hərbi XidmətəÇağırış üzrə Dövlət Xidmətinin rəis müavini, general Habil Nağıyevvə digər şəxslər də iştirak edib.

Tədbirdən öncə Azərbaycan Respublikasının Dövlət Himnisəsləndirilib, Ümummilli lider Heydər Əliyevin, həmçininAzərbaycanın müstəqilliyi, ərazi bütövlüyü, suverenliyi uğrundacanlarından keçmiş bütün şəhidlərin xatirəsi, təşkilatın mərhumsədri, “İstiqlal” ordenli Fatma Səttarovanın xatirəsi 1 dəqiqəliksükutla yad edilib.

Plenumda Təşkilatın ötən dövrdəki fəaliyyəti ilə bağlı hesabatdinlənilib, qarşıda duran vəzifələr müzakirə edilib. Yeni sədrinseçilməsi, eləcə də Nəzarət-Təftiş Komissiyasının tərkibinin təsdiqedilməsi müzakirəyə çıxarılıb.

Plenumda polkovnik Cəlil Xəlilov yekdilliklə Təşkilatın sədriseçilib. Müharibə, Əmək və Silahlı Qüvvələr VeteranlarıTəşkilatının Nəzarət-Təftiş Komissiyasının tərkibi də təsdiqedilib.

Cəlil
Cəlil
Cəlil
Cəlil
Cəlil
Cəlil
Cəlil
Cəlil
Cəlil
Cəlil
Cəlil
Cəlil
Seçilən
7
az.trend.az

1Mənbələr