AZ

Parlamentdə yeni komissiya yaradıldı

Azərbaycan Respublikası Milli Məclisinin Xarici müdaxilələrə və hibrid təhdidlərə qarşı müvəqqəti komissiyasının yaradılması haqqında qanun səsə qoyulub. Olaylar xəbər verir ki, qanun birinci oxunuşda qəbul edilib.
 
Komissiyanın sədri deputat Ramid Namazovdur.     
 
Milli Məclisin Müdafiə, təhlükəsizlik və korrupsiya ilə mübarizə komitəsinin sədri Arzu Nağıyev bildirib ki, müvəqqəti komissiyasının yaradılması zamanın tələbidir və mühüm addım kimi qəbul edilməlidir.
 
"Bu gün Ermənistanda revanşist qüvvələr baş qaldırır. Ermənistandan Azərbaycana, eləcə də digər qonşu ölkələrə qarşı vasitə kimi istifadə etmək Qərbin marağındadır. Buna görə də mütləq şəkildə güclü olmaq, hərbi sənaye kompleksini daha da inkişaf etdirmək çox mühüm məsələdir. Bu gün Minsk qrupunun ləğvi məsələsi mütləq baş tutmalıdır. Minsk Qrupu yarananda onun məqsədi sülhün təmin edilməsi olub. Lakin onlar birmənalı şəkildə onlar ancaq deklarativ bəyanatlarla yadda qaldılar. Guya Ermənistanın arxasında dururlar. Əslində isə qələbəmizi həzm edə bilməyən bu qüvvələr Ermənistandan istifadə edib bizə qarşı məkrli planlarını həyata keçirirlər.Ermənistan və onun arxasında duran istənilən qüvvə, ölkə bilməlidir ki, Azərbaycanın dönməz xarici və daxili siaysəti var. Azərbaycan xalqı ilə Ali Baş Komandan arasındakı vəhdət ərazi bütövlüyümüz, suverenliyimiz üçün ən mühüm amildir. Hər bir təxribatın qarşısını almaq üçün bizim güclü ordumuz, təhlükəsizlik orqanlarımız və hərbi birləşmələrimiz var. Hibrid oyunçular qəsdən ölkə daxilində qeyri-müəyyənlik yaradılır. Dövlətlə vətəndaş münasibətini pozmaq istəyirlər. Bunun qarşısı alınmalıdır. Sosial müdafiədə aktiv olunmasının önəmini biz müharibə zamanı gördük. Kiberhücumların qarşısını almaq baxımından bu qanunun qəbulu vacibdir",- o deyib.
 

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31
Seçilən
1
1
olaylar.az

2Mənbələr