AZ

İran "Hizbullah" və Husilərə görə müharibəyə qatılarsa...

"İsrailin "Hizbullaha" qarşı hərbi əməliyyatları, bu təşkilatı kifayət qədər zəiflətməklə Livanın siyasi səhnəsindən siləcək.

Yaxın Şərqdə İranın dəstək verdiyi proksi təşkilatların sıradan çıxarılması, ABŞ-ın strateji prioriteti olaraq İsrail vasitəsilə həyata keçirilir.

İran uzun illərdi Hizbullah vasitəsilə İsraili və Livan hakimiyyətini təhdid altında saxlayırdı. "Hizbullah"ın zəiflədilməsi Livani İrandan tam asılılığına son qoyacaq və Yaxın Şərqdə yeni bir siyasi nizam formalaşdıracaq. Bununla da Livan siyasi sistemi sabitləşəcək. Həmçinin müstəqil Fələstin dövləti tanınmasına yol açılacaq. İran hakimiyyəti də proseslərin fərqindədir:"

Bu sözləri "Sitat.info" ya açıqlamasında siyasi şərhçi  Məhəmməd Əsədullazadə deyib.

O bildirib ki, "Bu proses fonunda Vaşinqton və Tehran arasında konfidensial danışıqlar aparılması istisna deyil. ABŞ-ın məqsədi regiona əlavə qüvvələr göndərməklə, Tehranın mümkün hərbi təxribatlardan çəkindirməkdir.

 Əgər, İran "Hizbullah" və Husilərə görə müharibəyə qatılarsa, İran daxilində parçalanma qaçılmaz ola bilər".

Sitat.info

Seçilən
4
1
sitat.info

2Mənbələr