AZ

“İsrail Qəzzada HƏMAS-ı məğlub etdi” - Netanyahu

“Yəmən və Livana hücumlar, hazırda Yaxın Şərqdə güc balansını dəyişən İsrailin gücünü göstərir”.

Missiya.Az xarici KİV-ə istinadən xəbər verir ki, bunu İsrailin baş naziri Benyamin Netanyahu deyib.

“Biz Qəzzada HƏMAS-ı məğlub etdik və onun komanda zəncirinin çoxunu məhv etdik, bundan əlavə “Hizbullaha” böyük zərbə vurduq, o cümlədə təşkilatın rəhbəri Həsən Nəsrullahı aradan qaldırdıq”, - deyə siyasətçi vurğulayıb.

Netanyahu qeyd edib ki, hər kəs bizə hücum edənlərin ödədiyi bədəli görür.

Onun sözlərinə görə, İsrail hazırda yeddi cəbhədə mübarizə aparmaqla çətin dövrlər yaşayır.

“Yaxın Şərqdəki strateji reallığı dəyişdirdiyimiz gözəl günlərdir. Dəyişən güc balansı İsrailin qalib gəldiyi zaman bölgəmizdə yeni ittifaqların yaranma ehtimalını da özü ilə gətirir. Düşmənlərimiz və dostlarımız İsraili yenidən güclü, qətiyyətli, qüdrətli ölkə kimi görürlər”, - deyə Netanyahu əlavəı edib.

Daşqın HəsənovMissiya.Az

Seçilən
4
missiya.az

1Mənbələr