AZ

Banklarda fiziki şəxslərin tələbli depozitləri ilin əvvəlindən 27 milyon manat azalıb

2024-cü ilin sentyabrın 1-nə Azərbaycan banklarında fiziki şəxslərin tələbli depozitləri 5 milyard 673 milyon manat təşkil edib.

FED.az bu barədə Mərkəzi Bankın açıqladığı aylıq statistik bülletenə istinadən xəbər verir.

Depozit portfeli aylıq müqayisədə 79,7 milyon manat (1,4%) artıb, ötən ilin sonu ilə müqayisədə 27,1 milyon manat (0,5%) azalıb, illik müqayisədə 88,5 milyon manat (1,6%) böyüyüb.

Tələbli depozitlərin 1 milyard 935 milyon manatı xarici valyutada formalaşıb.

Bu göstərici də aylıq müqayisədə 41,9 milyon manat (2,2%), ötən ilin sonu ilə müqayisədə 24,4 milyon manat (1,3%) artıb, illik müqayisədə 198,4 milyon manat (9%) azalıb.

Seçilən
5
fed.az

1Mənbələr