“Zod” (“Sotk”) qızıl yatağında yeraltı üsulla hasilat bərpa edilib.Elchi.az Ermənistan mətbuatına istinadən xəbər verir ki, bu barədə ölkənin ərazi idarəetmə və infrastruktur nazirinin müavini Ovannes Arutyunyan “Mining Armenia” konfransı çərçivəsində məlumat verib.2025-ci ilin ikinci yarısına qədər yatağı ildə 400 min ton layihə gücünə çatdırmaq planlaşdırılır. Hazırda illik güc 100-150 min ton təşkil edir.O.Arutyunyanın sözlərinə görə, hasilatın dayandırılmasının əsas səbəbi mədənin yer səthinə yaxın yerləşən ehtiyatlarının tükənməsi olub: qalan ehtiyatlar elə yerləşib ki, onun daha dərin laylarını istismar etmək sərfəlidir.Havar Şəfiyeva
- Gecə Modu
- Ana səhifə
- Statistika
- Mənbələr
- Reytinq
- Hava
- Valyuta