AZ

“Bir şəxsin evini kirayəyə verməsi ilə köçkünlər əleyhinə kampaniya başladıldı”

“İşğaldan azad olunmuş ərazilərə qayıdışı sistemli şəkildə təşkil etmək üçün normativ hüquqi bazanın mövcudluğu zəruridir”.

“Qafqazinfo” xəbər verir ki, bunu Milli Məclisin İnsan hüquqları komitəsinin sədri Zahid Oruc parlamentin ilk iclasında çıxışı zamanı bildirib.

“Ötən günlərdə bir şəxsin öz evini kirayəyə verməsi ətrafında müxtəlfi informasiya platformalarında məcburi köçkünlər əleyhinə kampaniya başladı, daha sonra son 4 ildə Böyük qayıdışı sərvət bölgüsü və məmurların biznes məkanı adlandırılan daxili və xarici düşmənlərin Qələbəmiz əleyhinə beynəlxalq aksiyasına çevrildi.

Bildiyiniz kimi, məcburi köçkünlük və qaçqınlığa dair ötən on il ərzində çoxlu qanunvericilik aktlarının yaradılması milli humanitar fəlakəti hüquqi cəhətdən aradan qaldırmağa imkan verdi. Lakin qayıdışın hüquqi əsaslarını formalaşdırmaq, qayıdışı sistemli təşkil etmək, yeni torpaq islahatını aparmaq, məşğulluq və sahibkarlıq fəaliyyətini təşkil-təşviq etmək üçün müvafiq qanunvericiliyin və normativ hüquqi bazanın mövcudluğu zəruridir” – deyə Z.Oruc bildirib.

Nuranə Daxilqızı

Seçilən
11
qafqazinfo.az

1Mənbələr