AZ

Başqırdıstanın baş nazirinin müavini həbs edilib

Başqırdıstan Muxtar Respublikasının baş nazirinin müavini vəzifəsini icra edən Alan Marzaev həbs edilib.

Missiya.Az xəbər verir ki, bu barədə “Kommersant” məlumat yayıb.

Bildirilir ki, siyasətçi bu gün səhər saatlarında həbs edilib.

Məlumata görə, saxlanılan şəxs yol tikintisi və təmiri sahəsinə cavabdeh olub. 

Qeyd edək ki, Marzaev bu ilin sentabr ayından etibarən baş nazirin müavini vəzifəsini icra edirdi.

Daşqın HəsənovMissiya.Az

Seçilən
5
missiya.az

1Mənbələr